00:00:00
Yazar
Admin User
25.09.2023 19:34 224 3 dəq oxuma
Yoxdur

Qarabağın erməni icmasının nümayəndələri ilə növbəti görüş təşkil olunub.

Qarabağın erməni icmasının nümayəndələri ilə növbəti görüş təşkil olunub.

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Xocalıda növbəti danışıqlar baş tutub.

 

İnformator.az xəbər verir ki, görüşdə Sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Qeyd edilib ki, tək yaşayan erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətlərini Azərbaycan və erməni əsilli tibb heyəti birgə təşkil etsin. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadaların ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərməsinin vacibliyi vurğulanıb. Görülən işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq da əldə edilib.



Lokal xarakterli antiterror tədbirlərindən sonra Yevlaxda keçirilən ilk danışıqlar nəticəsini verib. Görüşdən sonra erməni sakinləri üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərilib və ünvana çatdırılıb. Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurub. Ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərir. Azərbaycan Qarabağın erməni sakinləri üçün 2 yanacaq maşın da göndərib. Növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.


Siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, bölgədə qalanlarla bağlı Azərbaycan səhiyyəsi, Azərbaycan xidmət qurumları və hərbi sistemi genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Asan xidmətə müraciətlər var, bir növ reinteqrasiya prossesinin ilkin təzahürlərini görməyə başlayırıq”.


Xatırlatmaq yerinə düşər ki, Erməni icması ilə ilk təmas mart ayında Xocalıda baş tutmuşdu. Azərbaycan növbəti görüşün Bakıda keçirilməsini təklif etsə də, erməni nümayəndələr, müxtəlif təsirlərə məruz qaldığından görüşdən boyun qaçırırdı. Mütəxəssislərin fikrincə, indi bir həftə ərzində ikinci görüşün baş tutması əbəs deyil.


Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı atdığı addımlar onu göstərir ki, prezident İlham Əliyevin hələ aylar öncə vəd etdiyi imkanların yaradılması hazırlıqlar görülüb və bu gün də icrası həyata keçirilir: “Orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.

Təbii ki, yaranan reallıqlar bəzilərinin ürəyincə olmayıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər Qarabağı tərk etməyə başlayıb. 


Tamilla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər