00:00:00
Yazar
Admin User
11.11.2025 17:49 121 1 dəq oxuma
Dünya

Qavin Nyusom COP30-da Kaliforniyanı “etibarlı iqlim tərəfdaşı” kimi təqdim edib

Qavin Nyusom COP30-da Kaliforniyanı “etibarlı iqlim tərəfdaşı” kimi təqdim edib

 

Kaliforniya qubernatoru Qavin Nyusom Amazonun Belin şəhərində keçirilən COP30 sammitində çıxış edərək bildirib ki, ABŞ hökumətinin iqlim siyasətindən geri çəkilməsinə baxmayaraq, Kaliforniya yaşıl texnologiyalar və iqlim tədbirləri sahəsində “etibarlı tərəfdaş” olaraq qalacaq.


Nyusom ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid edərək Vaşinqtonun liderliyinin olmamasını “təəccüblü boşluq” adlandırıb. O, Kaliforniyada bərpa olunan enerji sektorunda işləyənlərin sayının fosil yanacaq sahəsindən yeddi dəfə çox olduğunu vurğulayıb və Teslanın Kaliforniyada qurulduğunu xatırladıb.

Qubernator ABŞ-nin təmiz enerji siyasətindən geri çəkilməsini Çinə üstünlük qazandırmaq kimi qiymətləndirib: “Çin bu sahədə liderdir, ABŞ isə geridə qalır", - deyə o bildirib.

Nyusom COP30-da Braziliyanın Para ştatının qubernatoru və digər beynəlxalq nümayəndələrlə görüşlər keçirəcək. O, həmçinin 2028-ci il prezident seçkilərinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

 

Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər