00:00:00
Yazar
Güllər Gülhüseynova
21.07.2026 22:47 35 2 dəq oxuma
İdman

Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək

Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək

Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə iyulun 25-26-da Qazaxda Federasiya Kuboku keçiriləcək. Yarışda ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edəcək, eyni zamanda yeniyetmə həvəskarlar üçün xüsusi yarış da təşkil olunacaq.


"Qazax 2026-cı il üçün ölkənin idman paytaxtıdır və bu səbəbdən təbii ki, bütün federasiyalar kimi bizim federasiya da idman paytaxtında yarış təşkil etmək üçün ilin əvvəlindən təqvim plana salınıb ki, orada Federasiya kuboku yarışı keçirilsin. Bu yarışda ətraf rayonlar, yəni Qazaxa yaxın olan rayonların idmançıları iştirak edəcəklər".


Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərviz Musayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, buraya Ağstafa ,Tovuz, Gəncə, eyni zamanda Gədəbəy və digər rayonlardan olan idmançılar gələcək. Əsasən 11-14 yaş aralığındakı idmançılar iştirak edəcək:


"Yəni əsas məqsədimiz burada ondan ibarətdir ki, idman paytaxtında yarış təşkil olunsun və
velosipedə bir qədər maraq artsın. Bu nöqteyi nəzərdən biz nəzərdə tutmuşuq ki, orada həm də yerli, yəni Qazaxda yaşayan yeniyetmələr üçün də ayrıca bir yarış təşkil olunacaq. Hansı ki, bizim federasiyanın regionlarda, yəni artıq 15-ə yaxın bölgədə bölmələri fəaliyyət göstərir. O bölmələrdə olan idmançıların hazırlıq prosesini yoxlamaq, onların nə dərəcədə rəqabətə davamlı bir formada olduğunu yoxlamaq istəyirik. Qazax da bizim üçün o bölgələrdəndir ki, biz orada da bölmə açmağı planlaşdırırıq və bu baxımdan bir test xarakterli yarış olsun. Həm də biz orada olan uşaqların velosipedə marağını, həvəsini artıraq. Yaxın gələcəkdə orada velosiped bölməsinin açılması əsas məqsədlərimizdən biridir".


Zəhra Möhübbətova

#qazaxda #kuboku #idmanı #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər