Qazaxıstan Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına dəstək verməyə hazırdır
“Qazaxıstan Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq səylərini yüksək qiymətləndirir və sülhün bərqərar olmasına dəstək verməyə hazırdır”.
"İnformator.az" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlardan sonra mətbuata açıqlamasında deyib.
Tokayev qeyd edib ki, regional və beynəlxalq gündəlikdə duran mühüm məsələlər müzakirə olunub, bir sıra sahələrdə iki ölkənin mövqeləri üst-üstə düşür.
“Nəticələrə nail olmaq üçün atılan addımları gücləndirməyə çalışırıq. Bu mənada Qazaxıstan Ermənistan və Azərbaycanın münasibətlərin normallaşmasına yönəlmiş səylərini yüksək qiymətləndirir. Prosesin yalnız müsbət davam etməsini istəyirik və bunu dəstəkləməkdən məmnun olarıq”, - o bildirib.