00:00:00
Yazar
Admin User
25.07.2025 16:02 106 2 dəq oxuma
Siyasət

Qazaxıstan Prezidentinin Türkiyəyə səfəri gözlənilir

Qazaxıstan Prezidentinin Türkiyəyə səfəri gözlənilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Türkiyəyə rəsmi səfər edəcək. Ankara səfəri çərçivəsində Tokayev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair danışıqlar və yüksək səviyyəli Şura iclası keçiriləcək.


Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Qazaxıstan və Türkiyə Türk dünyasının önəmli təsirə və imkana malik ölkələrindəndirlər:

 

"Bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması yönündə atılan büten addımların faydası var. İki ölkəni bir-birinə bağlayan tarixi və müasir bağların nə qədər oxşar olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Tarix, dil birliyi, ortaq mədəniyyət, humanitar dəyərlər, ailə dəyərləri və s. oxşardır. Bu cəhətdən iki ölkə bir-biri ilə münasibətlərdə fayda verəcəkləri sahələr olduqca böyükdür. Xüsusilə də Türkiyənin Avropa üçün bir çıxış qapısı olduğunu nəzərə alsaq, bu cəhətdən təkcə Qazaxıstana yox, Mərkəzi Asiyanın bütün ölkələrinə Türkiyənin böyük faydası var. Bu fayda daha da böyüyəcək. İki ölkənin arasında xüsusilə iqtisadi sahədə investisiyaların qoyulması, siyasi əlaqələrin gücləndirilməsi sahəsində yeni layihələrin həyata keçirilməsinə ehtiyac var. Qazaxıstanın böyük təbii yanacaq ehtiyatları var. Bu yanacaq ehtiyatlarının Türkiyənin bazarına, eləcə də Avropaya çıxarılmasına ciddi ehtiyac hiss olunur. Birinci növbədə Qazaxıstanın enerji ehtiyaclarına Türkiyənin çıxış imkanlarının genişləndirilməsi qarşıda dayanan perspektivlərdən biridir. Bu istiqamətdə böyük addımların atılacağı gözləniləndir".


Politoloq həmçinin qeyd edib ki, digər tərəfdən Qazaxıstanda Türkiyənin investsiyasının genişləndirilməsinə ehtiyac var:

 

" Ona görə ki, Qazaxıstanın indiyə qədər daha çox Rusiyanın təsiri altında olmağına baxmayaraq, bu gün müxtəlif geosiyasi istiqamətlərdə, o cümlədən Türkiyə və Avropa istiqamətində fəaliyyətini genişləndirməyə ehtiyac hiss edir. Qazaxıstan prezidentinin bu sahədə müəyyən iradəsinin də olduğu artıq göz qabağındadır. Budan başqa, ticarət əlaqələrinin genişləndirilməsi vacibdir. Ümumən Türk dövlətlərinin arasında tucarətin xüsusi çəkisi hələlik bu ölkələrin hamısının malik olduqları imkanlara və potensiallara təəssüf ki, uyğun deyil. Eləcə də, Qazaxıstanın və Türkiyənin tucarət imkanları baxımından mövcud səviyyə hələlik qənaətbəxiş deyil. Beləliklə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni addımlar atılmalıdır. Bunun üçün hüquqi baza yaradıla bilər. Digər tərəfdən qarşılıqlı investisiyaların qoyulması qarşıda dayanan vəzifələrdən biridir. Təhlükəsizlik və müdafiə sahəsində də Qazaxıstanla Türkiyənin əməkdaşlığı genləndirilməlidir. Humanitar əlaqələr, mədəniyyət birliyi, turizm əlaqələrinin də genişləndirilməsi üçün geniş potensiallar var. Bir sözlə, Qazaxıstan və Türkiyə bu gün bir-biri üçün heç də sözün tam mənasında açılmış ölkələr deyil, amma başlanmış proses göstərir ki, Qazaxıstan və Türkiyə bir-buri üçün kəşf olunmuş ölkələrə çevrilməyə getdikcə yaxınlaşırlar".


Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər