00:00:00
Yazar
Admin User
21.11.2025 17:02 95 3 dəq oxuma
Siyasət

Qazaxıstan Türkiyəyə yeni ticarət marşrutu açır

Qazaxıstan Türkiyəyə yeni ticarət marşrutu açır

 

Qazaxıstan Ermənistan ərazisindən keçən yeni ticarət marşrutu ilə Türkiyəyə birbaşa çıxış əldə edə bilər. Hazırda Qazaxıstan malları Azərbaycan vasitəsilə Gürcüstana və Qara dəniz limanlarına daşınır. Yeni marşrut Naxçıvan üzərindən Türkiyə limanlarına çatmağı mümkün edəcək, deyə Qazaxıstan İqtisadiyyat naziri Serik Jumanqarin bildirib.


Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az"a olan açıqlamasında bildirib ki, bu həm Azərbaycan-Gürcüstan üzərindən keçən marşruta alternativlərin yaranmasına, həm də Mərkəzi Asiyadan Avropaya aparılan daşımalar və beynəlxalq daşımalar üçün yeni imkanlar yaradılmasına səbəb olacaq:

 

"Fikrimcə, burada söhbət Zəngəzur dəhlizi layihəsinə daxil olan Azərbaycan və Ermənistan arasında kommunikasiyanın açılması məsələsindən gedir. Çünki Qazaxıstanın Türkiyə və Avropa bazarına çıxması Ermənistan üzərindən praktiki olaraq mümkün deyil, Azərbaycan olmadan, yəni əslində daşımalar indiyə qədər Qazaxıstandan Azərbaycana gətirilir. Həm dəniz yolundan istifadə etməklə Azərbaycan Gürcüstan üzərindən həm Türkiyə, həm də Avropa bazarına çıxır və Qazaxıstan bu marşrutdan istifadə edir, bu Trans-Xəzər dəhlizi adlandırılır. Yəni belə bir layihə də var. Təbii ki, Trans-Xəzər layihəsi də mövcuddur. Azərbaycan olmadan Ermənistan üzərindən birbaşa keçməsi mümkün deyil. Praktiki olaraq ona görə hesab edirəm ki, Qazaxıstanın Ermənistan üzərindən Türkiyəyə çıxması dedikdə, əslində Zəngəzur dəhlizinin açılması, ümumiyyətlə, Azərbaycan-Ermənistan kommunikasiyasının bərpasından söhbət gedir. Təbii ki, məsələ belədir: Zəngəzur dəhlizi açıldıqdan və Azərbaycan-Ermənistan arasında kommunikasiya bərpa edildikdən sonra, indiyə qədər Mərkəzi Asiyadan Avropaya çıxış marşrutunda alternativlər yaranacaq. Yəni indiyə qədər Azərbaycan və Gürcüstan üzərindən istifadə olunan marşrutun yanında Ermənistan üzərindən, Zəngəzur dəhlizi də daxil olmaqla, yeni marşrutlar açılacaq və kommunikasiya alternativ kimi istifadə olunacaq. Bu o demək deyil ki, Gürcüstan marşrutu sıradan çıxacaq. Xeyr, həm Gürcüstandan istifadə olunacaq, həm də Zəngəzur dəhlizindən istifadə olunacaq. Təbii ki, burada Paşinyanın Qazaxıstana səfəri fonunda bu məsələ gündəmə gəlsə də, Qazaxıstan rəsmiləri “Zəngəzur dəhlizi” kimi qeyd etmirlər,Ermənistan tərəfinin mövqeyini nəzərə alırlar. Çünki Ermənistan tərəfi bunu “trip layihəsi” adlandırır və başqa tonda təqdim edir. Ermənistan öz daxili auditoriyasına bunu “sülhün kəsişməsi” layihəsi kimi təqdim edir. Amma nəticə etibarilə söhbət Zəngəzur dəhlizindən gedir. Yəni söhbət Azərbaycan və Ermənistan arasında kommunikasiyanın bərpasından gedir. Bu həm Azərbaycan-Gürcüstan üzərindən keçən marşruta alternativlərin yaranmasına, həm də Mərkəzi Asiyadan Avropaya aparılan daşımalar və beynəlxalq daşımalar üçün yeni imkanlar yaradılmasına səbəb olacaq. Həmçinin Orta Dəhliz adlandırdığımız, Çindən Azərbaycan, Türkiyə və Avropaya çıxan marşrutun perspektivlərini gücləndirəcək bir amildir. Qeyd etdiyim kimi burada söhbət məhz Zəngəzur dəhlizindən gedir və bunu Azərbaycana qarşı hər hansı problem kimi hesab etmirəm. Çünki praktiki olaraq Azərbaycanın iştirak etmədiyi heç bir marşrut reallaşa bilməz. Faktiki olaraq Qazaxıstan, Azərbaycan üzərindən keçmədən Ermənistan vasitəsilə Türkiyəyə çıxa bilməz. Burada söhbət dəhliz açıldıqdan sonra həmin marşrutun birləşməsindən gedir".


Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər