Qazaxıstanda dövlət rəmzlərinin istifadəsi ilə bağlı qaydalar sərtləşdirilib
Qazaxıstan hökuməti dövlət rəmzlərinin istifadəsi qaydalarına dəyişiklik edib.
"İnformator.az" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ölkə bayrağının reklam məqsədilə istifadəsi qadağan olunur.
Dövlət rəmzlərinə hörmətsizlik kimi qiymətləndirilə biləcək halların qarşısını almaq üçün onların geyim, yataq dəstləri, pərdə, süfrə və ya xalça kimi məişət əşyaları üzərində təsvir olunması da qadağan edilib.
Həmçinin, bayrağın eyvanlarda asılması üçün də xüsusi tələb müəyyənləşdirilib - dövlət rəmzi yalnız 45 dərəcə bucaq altında yerləşdirilməlidir.
Qeyd edək ki, yeni qaydalar iyulun 13-dən qüvvəyə minir.