00:00:00
Yazar
Admin User
26.06.2025 13:15 119 1 dəq oxuma
Dünya

Qazaxıstanda miqrantlar üçün məcburi qeydiyyatla bağlı qanun qəbul edilib

Qazaxıstanda miqrantlar üçün məcburi qeydiyyatla bağlı qanun qəbul edilib

Qazaxıstan Parlamentinin Senatı, ölkədə 30 gündən artıq qalmaq istəyən miqrantların yaşayış yerlərində qeydiyyata alınmalarını tələb edən qanunu təsdiqləyib. Bu barədə TASS məlumat yayıb.

 

Əhalinin miqrasiyası ilə bağlı normativ sənədə dəyişikliklər edilir. Bildirilir ki, Qazaxıstana 30 təqvim günündən artıq müddətə gələn xarici vətəndaşlar dövlət sərhədini keçdikdən ən geci otuzuncu təqvim gününədək Qazaxıstan Respublikasının daxili işlər orqanlarında qeydiyyatdan keçməlidirlər. Lakin bu tələb, Qazaxıstanın beynəlxalq müqavilə imzaladığı ölkələrin vətəndaşlarına şamil olunmur. Miqrant yaşayış yerini dəyişdikdə, beş iş günü ərzində yenidən qeydiyyatdan keçməlidir.


Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər