00:00:00
Yazar
Admin User
08.11.2025 10:02 96 1 dəq oxuma
Dünya

Qazaxıstanın müdafiə naziri Bakıda hərbi paradda iştirak edir

Qazaxıstanın müdafiə naziri Bakıda hərbi paradda iştirak edir

Qazaxıstanın müdafiə naziri Dauren Kosanov II Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə yazıb.


"Bir neçə dəqiqədən sonra Bakıda hərbi parad başlayacaq. Paradda iştirak etmək üçün Qazaxıstanın müdafiə naziri xüsusi olaraq gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - deyə qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər