Qəbələdə TDT Dövlət Başçıları Şurasının Zirvə Görüşü keçirilib
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının keçirilməsi, ilk növbədə yeni dünya siyasi nizamda, Türk Dövlətləri Təşkilatını inkişaf etdirmək, dövlətlər arasında sıx siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və hərbi texniki əməkdaşlığı gücləndirməkdir:
“Məhz cənab Prezident 2026-cı ildə Türk Dövlətləri Təşkilatının birgə hərbi təlimin keçirilməsini təklif edir və bu da növbəti mərhələdə bir hərbi blokun yaradılmasını özündə ehtiva edir. Yeni dünya siyasi nizamında mütləq şəkildə dövlətlərin strateji tərəfdaşları və müttəfiqləri olmalıdır və bu xüsusda məhz türk dövlətlərinin bir araya gəlməsi, xüsusilə dünyada yeni nizama müsbət təsir edəcək və bu dövlətlərin müstəqilliyini gücləndirəcək. Qəbələyə gəldikdə isə təbii ki, Qəbələ Azərbaycanın qədim şəhəri yurdudur və burada verilən mesajlar məhz qədim türk yurdu, türk dövlətlərinin qədimliyinin bir simvoludur. Zirvə görüşün gündəliyində cari, aktual beynəlxalq siyasi məsələlər, nəqliyyat, kommunikasiya əlaqələri, Transxəzər qaz kəmərinin növbəti mərhələdə çəkilməsi, orta dəhlizin inkişafı bu məsələlər müzakirə predmetidir “.
Reyhan Quliyeva
