Qədim Maya şəhərləri tapıldı
Qvatemalada cəngəllikdə 417 qədim Maya şəhəri aşkar edilib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatının iştirakçıları təxminən 3000 il əvvələ aid 177 kilometr “magistral” ilə birləşən 417 şəhər aşkar etdiklərini açıqlayıb.
Tədqiqatçılar bu barədə “Washington Post” qəzetinə müsahibə veriblər.
Sözügedən kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edib. Məlumatda yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların əvvəllər indi düşünüldüyündən də çox inkişaf etdiyini göstərir.
Sayad
