00:00:00
Yazar
Admin User
08.12.2025 17:04 99 2 dəq oxuma
Siyasət

“Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatını dəstəkləyən ilk ölkələrdəndir”

“Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatını dəstəkləyən ilk ölkələrdəndir”

Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, Qırğızıstanın Azərbaycanla çox yüksək səviyyəli əlaqələri mövcuddur, bu əlaqələr dövlət başçıları arasında olan yüksək səviyyəli və xoş münasibətlərə söykənir:

 

“Azərbaycan Qırğızıstanla əlaqələrə hər zaman önəm verir, çünki bu dövlətin siyasi rəhbərliyi ilə hər zaman yaxşı münasibətlərə malik olub, Qırğız xalqı, Türk xalqı olaraq, öz soy köklərinə malik bir xalqdır. Qırğız xalqı ilə Azərbaycan xalqını tarixi köklər birləşdirir. Qırğızıstan yerləşdiyi coğrafi mövqeyinə görə Mərkəzi Asiyanın aparıcı dövlətlərindən hesab olunur və Çinin Mərkəzi Asiya üzərindən keçən nəqliyyat dəhlizlərində yerləşir. Qırğızıstan Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasında da, fəal şəkildə iştirak edir və bu təşkilatın güclənməsinə töhfə verir. Şübhəsiz ki, Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısı bu gün uzaq şərqi Asiya dövlətləri ilə Avropa və Qərb dövlətlərini birləşdirən mühim bir regiondur və Azərbaycanın bu gün apardığı siyasət məhz bu bölgəni trans-Xəzər, nəqliyyat, loqistika bağlantılarına çevirməkdir. Bu paralel olaraq regionun xalqları, Çin və Avropa arasında ticari və iqtisadi əlaqələrə, eyni zamanda bu bölgənin xalqları arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini vermiş olacaq. Qırğızıstanla Azərbaycanın  əməkdaşlığı bu proseslərdə mühüm əhəmiyyətə malikdir “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər