Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşüb
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Qırğızıstan Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat yayıb.
O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.