Qırğızıstan Qazaxıstana yeni səfir təyin edib
Qırğızıstanın yeni təyin olunmuş səfiri Kudayberqen Bazarbayev etimadnaməsini Qazaxıstan Xarici İşlər Nazirliyinə təqdim edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstan xarici işlər nazirinin müavini Ermuxambet Konuspayev yeni səfirin etimadnaməsini qəbul edib.
Söhbət zamanı qeyd olunub ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Qazaxıstan-Qırğızıstan münasibətləri qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib. Bu mənada tərəflər siyasi, ticari-iqtisadi, investisiya, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Tərəflər həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşıdakı dövr üçün beynəlxalq tədbirlərin cədvəlinə baxıblar.