00:00:00
Yazar
Admin User
12.09.2025 21:28 165 1 dəq oxuma
Siyasət

Qırğızıstanın prezidenti TDT liderlərini qəbul edib

Qırğızıstanın prezidenti TDT liderlərini qəbul edib

Qırğızıstan prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvləri ilə görüş keçirib. Bişkekdə keçirilən görüşdə dini əməkdaşlığın güclənməsi kimi məsələlər müzakirə olunub.


Mövzu ilə bağlı politoloq Kənan Novruzov “İnformator.az”a müsahibəsində bildirib ki, bu görüş nəinki dini, hətta digər sahələrdə də inkişafa töhfə verəcəkdir:

 

“Bu cür təşkilatların nüfuzu günü-gündən artmaqdadır. Təşkilata daxil olan ölkələr arasında çoxtərəfli əməkdaşlıq dərin rol oynayır. Xüsusilə, Azərbaycan və Türkiyə bir çox müstəvidə olduğu kimi TDT daxilində də adı çəkilən təşkilatın inkişafı istiqamətində xüsusi addımlar atırlar. TDT-yə hazırda daxil olmayan, müşahidəçi qismində yer alan bir sıra dövlətlərin gələcəkdə tamhüquqlu üzvə çevrilməsi və bunun da təşkilatın əhatə dairəsinin daha da genişlənməsi gözlənilir. Bu nəinki mümkündür, gözlənilir. Din bu gün qlobal siyasətin bir çox hallarda ən təsirli qollarından biri kimi qəbul olunur. Din vasitəsi ilə cəmiyyətlər idarə edilir, dövlətlərarası münasibətlər tənzimlənir. Bu baxımdan təbii ki, Bişkekdə keçirilən görüş xüsusi əhəmiyyətlidir. Türk dövlətləri arasında təkcə dini sahədə deyil, digər sahələrdə də əməkdaşlığın inkişafına töhfələr verəcək. Amma bu görüşdən xüsusi nəsə gözləmək də düzgün deyil. Öncədən nəzərdə tutulan, planlaşdırılan görüşdür. Növbəti illərdə üzv olan digər ölkələrdə də keçiriləcək”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər