Qırıcı təyyarələr pilotlar şəkil çəkərkən toqquşub
Cənubi Koreyada 2021-ci ildə iki qırıcı təyyarə arasında havada baş verən toqquşmanın səbəbinin pilotların foto və video çəkməyə cəhd etməsi olduğu müəyyən edilib.
Seul Müşahidə Şurasının açıqladığı hesabata görə, Daequda missiya uçuşu həyata keçirən iki F-15K təyyarəsi pilotlar şəxsi mobil telefonları ilə çəkiliş apararkən qəzaya uğrayıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb, lakin təyyarəyə dəyən ziyan orduya 880 milyon von dəyərində ziyan vurub.
TRT XƏBƏR
Arzu Poladova