Qiyamət günü saatı irəliləyib
Rusiya Xarici İşlər naziri Sergey Lavrov dünyada baş verən hadisələrə işarə edərək bildirib: “Qiyamət günü saatı irəliləyir və gecə yarısına yaxınlaşıb. Bunun qarşısının alınması vacibdir. Bu fəlakətin yaşanmaması üçün fəal şəkildə çalışırıq”.
Lavrov burada çıxışı zamanı III Dünya Müharibəsinin baş vermə ehtimalını dəyərləndirərək deyib: “Bu məsələ artıq çox müzakirə olunub. Bu, xüsusilə Avropada intiqam, təcavüzkar və militarist hisslərin artması baxımından kədərlidir. Elə bil ki, iki dünya müharibəsi Avropa İttifaqının (Aİ) üzv ölkələrinin liderləri üçün yetərli olmayıb”.
O, qlobal təhlükəsizliyin təhlükə altında olduğunu vurğulayıb: “Qiyamət günü saatı irəliləyir və gecə yarısına yaxınlaşır. Bunun qarşısının alınması vacibdir. Bu fəlakətin yaşanmaması üçün fəal şəkildə çalışırıq”, – deyə bildirib.
Lavrov ABŞ Prezidenti Donald Trampın administrasiyasını realist və sağlam düşüncəli adlandıraraq, bunun müsbət hal olduğunu vurğulayıb.
Rusiya daha əvvəl ABŞ, İsrail və İran məsələsinin həllinə dair təkliflər verdiyini xatırladan Lavrov, bu məsələləri müzakirə etməyə və tərəflərlə təmasları davam etdirməyə hazır olduqlarını bildirib. O, ABŞ Prezidenti Donald Trampın İsrail-İran atəşkəsini elan etdiyini xatırladaraq, bunun ümidverici bir siqnal olduğunu deyib və əlavə edib: “ABŞ dünən əvvəlcə İsrail və İrandan ümidverici, lakin sonradan bir-birinə zidd açıqlamalar aldı. Bu qanlı və dağıdıcı hadisə bölgədəki xalqların normal şəkildə inkişafına kömək etmir”.
Nazir Lavrov Türkmənistanın neytral bir ölkə olduğunu və bu səbəbdən bir çox məsələyə dair danışıqlar üçün platforma ola biləcəyini qeyd edib.
Haberler.com
Aygün Babayeva