“Qlobal geosiyasi vəziyyət bəzən danışıqlara müsbət, bəzən mənfi təsir edir”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada görüşəcəklər.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada gözlənilən görüşü sülh müqaviləsi üzrə danışıqlar prosesinə ciddi təsir edə bilməz:
“Birincisi, sülh müqaviləsinin mətni 8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə paraflanıb. Sülh müqaviləsinin paraflanması o deməkdir ki, sülh saziş mətni tərəflər arasında razılaşdırılıb və onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir. Ona görə də Hikmət Hacıyevlə Armen Qriqoryan arasında danışıqlar daha çox texniki məsələlərlə bağlıdır. Qlobal geosiyasi vəziyyət bəzən danışıqlara müsbət, bəzən mənfi təsir edir. Rusiyanın təsiri artdıqda mənfi, azaldıqda müsbət təsir edir. Bu postsovet coğrafiyasında bütün münaqişələrin Rusiyanın imperiya siyasətindən qaynaqlanması ilə bağlıdır”.
İbrahimova Aytac
