Qlobal səhiyyə sisteminin yaradılacağı Bakıda elan olunub
Sentyabrda BMT-də hökumətlərin keçiriləcək görüşündə qlobal səhiyyə sisteminin yaradılması məsələsi də müzakirə olunacaq.
İnformator.az-ın məlumatına görə, bunu BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima X Qlobal Bakı Forumu çərçivəsində "Yeni Qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O, vaksinlərin kütləvi məhsullar kimi satılmalı olduğunu vurğulayıb:
"Pandemiyanın ilk vaxtlarında Cənubi Afrika "Modena" adlı vaksin istehsal etməyə başlamışdı. Ancaq orada bunu kommersiya səviyyəsinə çıxarmağa imkan yox idi. Liderlər vaksinlərin bərabər bölüşdürülməsini təmin edilməlidir".
İcraçı direktor onu da qeyd edib ki, pandemiyaya hazırlıq və cavab tədbirlərinin görülməsi məsələsi müzakirə olunur. Sentyabrda isə BMT-də hökümətlərin görüşü təşkil ounacaq. Onun sözlərinə görə, bu görüşdə Qlobal Səhiyyə sisteminin yaradılması məsələsi də müzakirə olunacaq.
