00:00:00
Yazar
Nigar Həsənzadə
29.07.2026 22:32 15 1 dəq oxuma
Dünya

Qonşu ölkəmizdə yeni nazirlik yaradılır

Qonşu ölkəmizdə yeni nazirlik yaradılır

Gürcüstan hökumətində dəyişiklik edilir. Bu il sentyabrın ilk həftəsindən hüquq-mühafizə işləri üzrə dövlət naziri vəzifəsi ləğv olunacaq. Onun əvəzinə regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılacaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

 

“Gürcüstanda regional siyasətin effektiv şəkildə həyata keçirilməsi bu gün dövlət üçün çox vacib bir vəzifədir. Mamuka Mdinaradze müstəsna siyasi və idarəetmə təcrübəsi olan bir siyasətçi kimi bunu ən yaxşı şəkildə yerinə yetirə bilir”, - İrakli Kobaxidze qeyd edib.

#gündəm #xəbər #yaradılır #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər