00:00:00
Yazar
Admin User
04.12.2025 16:23 115 2 dəq oxuma
Siyasət

Qorxuram ki, ABŞ-nin sülh prosesinə marağı itsin

Qorxuram ki, ABŞ-nin sülh prosesinə marağı itsin

İrlandiyaya səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-nin Ukrayna ilə bağlı sülh prosesinə marağını itirə biləcəyindən qorxduğunu etiraf edib, bu barədə “Skay Nyus”un məlumatında deyilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, ABŞ-nin sülh prosesinə marağı zəifləməyib, əksinə, son dövrlərdə prosesin sürətləndirilməsi üçün ciddi addımlar atır:

 

"Otuz noyabrdan bəri Miamidə və Rusiyada keçirilən görüşlər, o cümlədən Uitkov, Kukler, Mark Rubio və Ukrayna nümayəndə heyətinin iştirakı göstərir ki, ABŞ tərəfləri razılığa gətirməyə çalışır. Bu görüşlər hələlik sülh layihəsi deyil, əsas məqsəd müharibənin dayandırılması və tərəflərin müəyyən razılığa gəlməsidir. Danışıqlar çətin və ziddiyyətli mövqelər arasında aparıldığı üçün nəticənin dərhal əldə olunmasını gözləmək sadəlövhlük olardı. Rusiya ilə danışıqlar sakit diplomatiya şəraitində davam edir və proseslərin tamamlanması hələ mümkün deyil. ABŞ tərəfi prosesdə neytrallığını qoruyaraq Ukraynaya dəstək verməyə çalışır, amma tərəflərin ziddiyyətli mövqeləri prosesi uzadır. Rusiya müharibəni davam etdirməklə Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir, Ukrayna isə ədalətli sülh, torpaqların geri qaytarılması və NATO-ya daxil olma kimi əsas məsələlərdə israrlıdır. ABŞ-nin Ukraynaya yardımı müvəqqəti dayandırması və Avropa vasitəsi ilə təsir göstərməsi, həmçinin Trampın iqtisadi maraqları nəzərə alınmaqla Rusiya ilə gələcək investisiya və ticarət imkanları prosesin iqtisadi tərəfini də formalaşdırır. Bu şəraitdə sülh prosesinin nəticəsi həm hərbi, həm diplomatik, həm də iqtisadi maraqların balansına bağlıdır və tərəflərin mövqeləri dəyişmədikcə müharibənin uzanması ehtimalı qalır".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər