00:00:00
Yazar
Admin User
23.09.2025 18:56 247 2 dəq oxuma
Siyasət

“Qərb dövlətlərinin Fələstini tanıması labüddür”

“Qərb dövlətlərinin Fələstini tanıması labüddür”

İngiltərə və Kanadanın Fələstin dövlətini Nuxba (HƏMAS) qatillərinə mükafat olaraq tanınması təcili əks-tədbirlər tələb edir: İudeya və Samariyada suverenliyin dərhal tətbiqi və Fələstin terror hakimiyyətinin tam məğlubiyyəti.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Qərb dövlətlərinin Fələstini tanıması labüddür:

 

“Amma əsas olan bunun nəticəsidir. Bir-iki dövlətin tanıması ilə problem həllini tapmayacaq. Əksinə İsraili daha sərt addımlar atmağa təşviq edəcək. Gərək bu tanımağın arxasında tədbir olsun. Kanada və Böyük Britaniyanın Fələstini tanıması dünyada İsrailə qarşı təzyiqi artıracaq. Eyni zamanda beynəlxalq nüfuzuna ağır zərbə vuracaq. ABŞ-nin İsrailin yanında olduğu müddətdə Avropa İttifaqı İsrailə təsirli basqı tətbiq edə bilməyəcək. Mümkündür ki, digər Qərb dövlətləri də tanısın, bəlkə bunun nəticəsində ABŞ-nin mövqeyində dəyişiklik baş versin”.

 

Həmçinin şərhçi qeyd edib ki, Böyük Britaniyanın bu addımı BMT-nin ciddi addımlar atmasına yol aça bilər:

 

“İsraildə artıq daxildə Netanyahuya qarşı çıxışlar və təzyiqlər artacaq. Netanyahu əslində bu günki siyasəti ilə İsraili tam təhlükə qarşısında qoyur. Hakimiyyəti itirdiyi halda qarşılaşmaq istəmədiyi aqibətə görə sərt addımlarla müharibə vəziyyətini uzatmaq istəyir. Ola bilər yaxın vaxtlarda İsraildə Netanyahuya qarşı ciddi etirazlar baş qaldırsın. Netanyahunun apardığı müharibənin sülhlə nəticələnməsini o məğlubiyyəti kimi qəbul edir. Qəzzanı tam ələ keçirmək, maksimum irəliləyiş niyyətindədir. Amma Qətərə qarşı hücumdan sonra Ərəb dövlətləri də artıq İsrailə qarşı birləşməyə başlayıb. Xüsusən Misirdə hərəkətlənmə var. Dünya siyasətinin aparıcı müəyyənedicisi rolunda olan Britaniya gedişatın İsrailin ziyanına dəyişəcəyini dəqiq bildiyi üçün bu addımı atıb. Artıq qərar verilib ki, Fələstin dövləti yaradılacaq. İsrailin iki il ərzində bir çox imkanlardan məhrum olacağı gözlənilir. Çünki Netanyahunun hakimiyyətdə çox qalması İsrailin təhlükəsizliyinə çox ciddi problemlər yaradır və regionda və dünyada özünə barışmaz düşmənlər hazırlayır. ABŞ-nin mövqeyinin dəyişəcəyi yaxud BMT-nin müvafiq şurasının toplanıb yekun qərar verəcəyi də çox uzaqda deyil. Görünən odur ki, Böyük Britaniya da olmaqla böyük güclər Fələstin probleminin həllində qərarlıdırlar. Ərəb və müsəlman aləminin Türkiyə başçılığında birləşib İsrailə qarşı yekun müharibə aparacağı da ehtimallar arasındadır. Türkiyədən müxalifətin Çin və Rusiya ilə alyans yaratmaq təklifi də Qərbi narahat edib. Çünki bir cəbhədə Rusiyaya qarşı soyuq savaşdadırlar. İkincisi, Fələstin cəbhəsinin açılması isə dünya müharibəsinin aktiv fazaya keçməsi kimi qəbul oluna bilər. Bu gedişlə yaxın zamanda başqa dövlətlər də Fələstini tanıyacaq və BMT-nin müvafiq şurasının müzakirəsi qaçılmaz olacaq”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər