Qərb liderlərinin qorxusu…
Avropada ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında baş tutan danışıqların nəticələri və hansı mövzularda razılıq əldə edildiyinə dair təsvirlər "şok effekt" yaradıb.
“İnformator.az” "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.
Nəşr qeyd edir ki, Putinlə söhbətindən dərhal sonra Tramp onun məzmunu barədə Ukrayna Prezidenti Vladimir Zelenskiyə, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Avropa Komissiyasının rəhbərlərinə məlumat verib.