Qərb ölkələrinin Türkiyəyə tətbiq etdiyi müdafiə embarqoları sona çatır?
Beynəlxalq kontekstin müdafiə və təhlükəsizliyi ön plana çıxarması, son dövrlərdə bu sahələrdə mühüm addımlar atan Türkiyənin əhəmiyyətini getdikcə artırıb. Avropa müdafiə və təhlükəsizlik arxitekturasında daha çox rol almaq istəyini gizlətməyən Türkiyəyə qarşı məhdudiyyətlər tədricən aradan qalxmağa başlayır.
Türkiyə baxımından müdafiə sahəsində müsbət irəliləyiş üçün zəmin əvvəlki illərlə müqayisədə daha münasib olsa da, hələ də bütün maneələr tamamilə aradan qalxmayıb. Avropa İttifaqı (Aİ) ölkələri arasında Türkiyəyə ən sərt məhdudiyyətlər tətbiq edən ölkələrdən biri Almaniya olub. Almaniya Türkiyənin 2019-cu ildə Suriyanın şimalına həyata keçirdiyi Barış Pınarı Hərəkatından sonra tətbiq etdiyi məhdudiyyətlərə quru, dəniz və hava qüvvələrini əhatə edəcək şəkildə planlaşdırıb.
BBC NEWS
Səmayə Səftərova