Qərb Ukrayna münaqişəsinin uzanmasında maraqlıdır
Ukrayna münaqişəsini yalnız Moskva və Kiyev dayandıra bilər, Qərb isə onun davam etməsində maraqlıdır. Bu fikri Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.
“Aleksandr Lukaşenkonun sözlərinə görə, Ukrayna münaqişəsini dayandırmaq üçün siyasi iradə və Ukrayna rəhbərliyinin qərarı lazımdır və əlbəttə ki, Rusiya rəhbərliyinin də”,- deyə o, Birinci İnformasiya Kanalına müsahibəsində qeyd edib.
Volfoviç vurğulayıb ki, Qərbin münaqişənin uzanmasının qarşısını almaq niyyəti yoxdur. “Qərb bu münaqişəni dayandırmaq üçün heç nə etməyəcək. Biz bunu onların atdığı addımlardan və gördüyü işlərdən açıq şəkildə görürük”, — deyə Təhlükəsizlik Şurasının katibi bildirib.
TASS
Nuray Əliyeva