00:00:00
Yazar
Admin User
14.05.2024 16:43 299 1 dəq oxuma
Dünya

Qərb Ukraynada hərbi əməliyyatlar keçirmək üçün NATO-ya müraciət etdi

Qərb Ukraynada hərbi əməliyyatlar keçirmək üçün NATO-ya müraciət etdi

Ukrayna NATO-nun qarşıdan gələn sammiti üçün konseptual sənəd hazırlayıb və orada blokdan Ukrayna sərhədi üzərindəki hava məkanını Alyansa üzv ölkələrin ərazisindən mühafizə etməyi xahiş edib. Kiyevin tələbini Almaniyanın FAZ nəşri açıqlayıb .

 

“NATO ölkələrindən birbaşa hərbi əməliyyatlar ümumiyyətlə tələb olunmasa da, bəzi hallarda fərdi əsasda, məsələn, NATO ölkələrinin ərazisindən Ukrayna ilə sərhəd bölgələrinin hava hücumundan müdafiəsi üçün təklif olunur”, - nəşr yazır.

 

Nəşrin məlumatına görə, təklifləri özündə əks etdirən sənədi Kopenhagendə NATO -nun keçmiş baş katibi Anders Foq Rasmussen və Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak təqdim ediblər .

 

FAZ nəşri onu da yazıb ki, NATO-nun qarşıdan gələn sammitində Ukraynaya hərbi qüvvələrin göndərilməsi müzakirə edilməyəcək, lakin xarici şərtlərə görə gündəm dəyişə bilər.

 

Aynur Babayeva 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər