00:00:00
Yazar
Admin User
29.10.2025 18:46 91 2 dəq oxuma
Siyasət

“Qərb Ukraynaya geniş miqyaslı yardım göstərir"

“Qərb Ukraynaya geniş miqyaslı yardım göstərir"

 

ABŞ Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində yaxın aylarda təxminən 2 milyard dollarlıq silah göndərəcək. Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu yardım 2026-cı ilə qədər Ukraynanın özünümüdafiə imkanlarının gücləndirilməsinə yönələcək və ümumilikdə 12-15 milyard dollarlıq silah alınması planlaşdırılır. Yeni yardım paketi Qərbin Ukraynaya dəstəyinin davamlılığı baxımından da xüsusi diqqət çəkir.


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, Qərb bu gün Ukraynaya ehtiyacından artıq həm hərbi texnika, həm də maliyyə yardımını kredit formasında göstərir:

 

"Bu yardımların bir hissəsi kredit şəklində açılır və sadəcə qrant kimi verilmədiyini nəzərə almaq lazımdır. Eyni zamanda, silah-sursat yardımları davam edir və bəzi sistemlərin, onların istifadəsi üçün vaxt və təlim lazım olan kompleks vasitələrin, verilməsi ilə bağlı müzakirələr olub, lakin müəyyən məqamlarda çatdırılma və istifadəyə hazırlıq səbəbindən dayandırılmalar da yaşanıb. ABŞ-nin Putinlə razılaşmamasından və istədiyini Putindən ala bilməməsindən yaranan siyasət çərçivəsində sanksiyalar tətbiq edilir və hərbi yardımların yenidən göndərilməsi qərarları verilir. Məsələn, bəzi atışlı sistemlər barədə əvvəlcə danışılmış, sonra isə çatdırılmanın dayandırıldığı bildirilmişdir, çünki bu tip silahlar birdənbirə istifadəyə verilə bilən sadə qurğular deyil və operatorların onları mənimsəməsi üçün zaman tələb olunur. Müzakirə olunan 2 milyard dollarlıq yardım paketinin tərkibi belə nəzərdə tutulur: ABŞ-dən və digər NATO ölkələrindən çıxan silah-sursat əvvəlcə müvafiq ölkələrin arsenalına daxil edilir, sonra isə həmin avadanlıq Ukraynaya ötürülür. Bu proses nəticəsində Avropa İttifaqı və NATO ölkələri silah-sursata daha çox vəsait xərcləyir; köhnə ehtiyatlar Ukraynaya verilir, yeni istehsal olunan silahlar isə arsenallara daxil olunur. Bununla həm ABŞ-nin büdcəsi dolur, həm də sənaye yeni sifarişlərlə işləyir".

 

Həmçinin politoloq qeyd edib ki, bu mexanizm həm də Ukraynanın borclanmasına və Qərbə maddi asılılığının artmasına gətirib çıxarır:

 

"Yardımlar kredit şəklinə çevriləndən sonra müəyyən müddətdən sonra Ukraynadan qarşılıq tələb olunacaq. Bu isə, Ukraynanı Qərbə daha çox asılı vəziyyətə salır. Qərbin siyasəti Avropanı və NATO ölkələrini üçüncü dövlət ərazisində, yəni Ukrayna torpağında Rusiyayla dolayısı ilə qarşıdurma vəziyyətinə gətirir. Qərbin məqsədi Rusiyanı zəiflətmək olsa da, bunun nəticəsində Ukrayna ağır vəziyyətdə qala bilər və böyük miqyaslı dağıntılarla üzləşə bilər. Eyni zamanda, Qərbin bəzi ölkələrlə Rusiyanın münasibətlərini saxlayıb digər ölkələrlə kəskinləşdirməsi tərəfdaşlıq və rəqabət sxemlərini daha da mürəkkəbləşdirir. Bu yardım dalğası Qərbin müdaxiləsinin davamlılığını və silah sənayesinin aktivliyini təmin edir, lakin bununla yanaşı Ukraynanın dərin iqtisadi asılılığı, bölgədə davamlı qarşıdurma riski və gələcəkdə yaranacaq maliyyə-təhlükəsizlik nəticələri kimi ciddi risklər də mövcuddur".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər