00:00:00
Yazar
Admin User
12.11.2025 15:46 161 2 dəq oxuma
Siyasət

Qərbdən Asiyaya dönüş

Qərbdən Asiyaya dönüş

Kobaxidze: Çin dünyada yeganə sülhpərvər supergücdür. Gürcüstan Baş naziri İrakli Kobaxidze səsləndirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi İlkin Məmmədkərimov “İnformator.az”a açıqlamasında bildirib ki, Tbilisinin Çinlə əməkdaşlığı Gürcüstanın geosiyasi kursunda dönüş yaradır:

 

“Son vaxtlar ümumiyyətlə, Gürcüstan siyasi hakimiyyəti Qərbdən uzaqlaşma yolu tutub. Yəni, Qərb ölkələrindən uzaqlaşaraq Çin və Rusiya kimi ölkələrə meyillənir. Qərbin Gürcüstana münasibəti də son vaxtlar demokratik dəyərlərdən uzaqlaşma halları ilə bağlı narahatlıq ifadə edir. Buna misal olaraq, artıq Rusiya maraqlarına xidmət edən, xarici kəşfiyyat orqanlarına bağlı qanun layihəsinin qəbul olunmasını göstərmək olar. Eləcə də Qərb əleyhinə Gürcüstan hakimiyyəti tərəfindən verilən çıxışlar bunu təsdiqləyir. Çox təəssüf ki, Gürcüstan hakimiyyəti hazırda çox təhlükəli bir dövrə qədəm qoyur. Halbuki, Gürcü xalqı əslində Qərb ölkələrinə, Qərb inteqrasiyasına və Avropa Birliyinə üzv olmağın tərəfdarıdır.
Artıq bir ildən çoxdur ki, bu istiqamətdə Gürcüstanda etiraz aksiyaları keçirilir. Mənə elə gəlir ki, sonunda Gürcüstan xalqı qalib gələcək və Gürcüstan demokratiya, insan haqları yolunu seçəcək”.

 

Siyasi şərhçi bildirib ki, Gürcüstan yalnız Qərblə əməkdaşlıq və demokratik islahatlar yolu ilə sabit inkişaf əldə edə bilər:

 

“Qərblə münasibətlərin qaydaya düşməsi üçün, birinci növbədə, qəbul olunan “xarici agentlər” qanunu ləğv olunmalıdır. Qərblə yenidən danışıqlara başlanmalı, əlaqələr qurulmalıdır. Gürcüstanın Avropa Birliyinə üz tutması istiqamətində demokratiya və insan haqları ilə bağlı problemlər aradan qaldırılmalı, bu mövzuda danışıqlar aparılmalıdır. Qərbi əmin etmək lazımdır ki, Gürcüstan danışıqlara və Avropaya inteqrasiyada maraqlıdır”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər