00:00:00
Yazar
Admin User
08.01.2026 17:21 98 1 dəq oxuma
Siyasət

Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü

Qərbi Azərbaycan Xronikası: Hay kimliyi və "Erməni məsələsi"nin 200 illik kökü

 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan verilişdə tarixçi Rizvan Hüseynov hayların kimliyi və “Erməni məsələsi”nin formalaşması ilə bağlı fikirlər səsləndirib. O, “Ermənistan” və “Hayastan” anlayışlarının eyni olmadığını, hay etnogenezinin mifoloji və süni tarixi proseslərə əsaslandığını vurğulayıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, bu gün erməni məsələsinin yenidən beynəlxalq siyasətə və yaxud da , dünya müzakirələrinə qaytarılması cəhdləri əvvəlki kimi çox fəal deyil:

 

“Bu Vətən müharibəsində, Ermənistanın və erməni lobbisinin, erməni diasporunun aldığı ağır zərbə ilə bağlıdır. Onlar o qədər sarsıdıcı zərbə aldılar ki, bu zərbə sonda həm onlar üçün böyük itkilərə gətirib çıxartdı, həm də faktiki olaraq yenidən dirçəlmə şanslarını xeyli dərəcədə azaltdı. Çünki 200 illik tarix boyu istifadə etdikləri xeyli yalanlar ifşa olundu.
Bu gün erməni məsələsinin yenidən gündəmə qaytarılması cəhdləri olduqca zəifdir, ümidsizdir. Və onun dünyəvi bir prosesə çevrilmə şansı artıq yoxdur. Digər tərəfdən bunu, dünya diplomatik və siyasi fikrinə, ancaq erməniçilik ideologiyasının məğlubiyyəti ilə hələ də barışmaq istəyən müəyyən adios çevrələr qaytarmağa çalışırlar. Bunların da dünya siyasətində artıq bu qədər güclü təsirləri yoxdur “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər