Qəssam: 1 İsrail əsgəri və 4 hərbi texnika məhv edilib
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağının şimalında həyata keçirdikləri iki əməliyyat barədə açıqlama yayıb.
Briqadaların Telegram kanalında verilən məlumata görə, iyunun 20-də Cibaliyyə bölgəsinin şərqində — Qəzza zolağının şimal hissəsində iki “Merkava” tankı, bir zirehli transportyor və bir “D9” tipli buldozer zərərsizləşdirilib.
Bundan əlavə, iyunun 23-də Qəzza şəhərinin Şücaiyyə məhəlləsinin şərqində yerləşən Tell əl-Muntar ərazisində baş verən partlayış zamanı bir İsrail əsgəri Qəssam snayperi tərəfindən məhv edilib.
TRT haber
Mahmudlu Ləman