00:00:00
Yazar
Admin User
14.06.2024 17:35 455 1 dəq oxuma
Dünya

Qəssam Briqadaları: İsrailin Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində iki məhbus ölüb

Qəssam Briqadaları: İsrailin Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində iki məhbus ölüb

Qəssam Briqadaları İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağının cənubundakı Rəfah bölgəsinə edilən hücumda iki israilli məhbusun öldürüldüyünü açıqlayıb.

 

HƏMAS hərəkatının silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları bir neçə gün əvvəl İsrailin Rəfaha hücumunda iki məhbusun ölümü ilə bağlı Telegram hesabında açıqlama verib.

 

Açıqlamada "Ordunuz sizi aldadır və aldatmağa davam edir. Hökumətiniz tabutsuz əsirləri geri almaq istəmir" deyilir.

 

Qəssam Briqadalarının bəyanatında Rəfaha hücumda həyatını itirən israilli məhbusların şəxsiyyəti və fotoşəkilləri yer almadığı halda, İsrail hökuməti və israilli məhbusların yaxınları hələlik heç bir məlumat verməyib.

 

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində müxtəlif nöqtələrə hücumlar təşkil etdiyini və iki fərqli bölgədə cəmi 4 israilli məhbusun sağ-salamat xilas edildiyini açıqlayıb.

 

Təl-Əviv rəhbərliyinin 120 əsirin fələstinli qrupların əlində qaldığını təxmin edən bu açıqlaması İsrailin hücumlarında çoxlu əsir öldüyünü təsdiqləyir.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər