00:00:00
Yazar
Admin User
22.09.2025 17:30 192 2 dəq oxuma
Siyasət

Qətər İsrailə şərt qoyub

Qətər İsrailə şərt qoyub

Məlum olduğu kimi İsrailin Qətərə hava zərbələrindən sonra iki dövlət arasında münasibətlər kritik həddə çatıb.

 

Məsələ ilə bağlı politoloq Elman Nəsirov "informator.az"a açıqlamasında bildirib ki, bu bütünlükdə ərab dünyasıyla İsrail arasında yaxşı olmayan münasibətləri xeyli kölgədə saxlayıb:


" Bu reallıq fonunda rəsmi Doha, konkret İsrail qarşısında şərtlər irəli sürür. O şərtlərdən birincisi odur ki, İsrail dövləti əgər doğrudan da istəyirsə ki, İsraillə Qəzza bölgəsi ətrafında danışıqlarda Qətər vasitəçi olsun. Bu belə olan vəziyyətdə törətdiyi, instentə görə İsrail Qətərdən rəsmən üzr istəməlidir. İkincisi İsrailin endirdiyi zərbələr nəticəsində Qətərin təhlükəsizlik xidmətinin əməkdaşı öldürülür. Nəhayət bundan sonra heç bir halda İsrail dövləti Qətərin suverenliyinə təcavüz etməcəyinə dair öhdəlik götürməlidi. Bu şərtlər yerinə yetirələcəyi təqdirdə İsrail-Qətər münasibətlərinin bərpası istiqamətində müzakirələr başlaya bilər".

 

Həmçinin ekpert vurğulayır ki, eyni zamanda heç şüphəsiz ki, bu adım ona gətirib çıxarıb ki, İsrail dövlətinə olan beynəlxalq reaksiyada biraz da kəskinləşir:


"Təsadüfi deyildir ki, artıq Kanada, Avstralya, Böyük Britaniya, Portuqalya, Fələstin dövlətinin müstəqilliyini tanıyıb və bu səlaların genişlənməsi tendensiyasında müşayiət olunmaqdadır. Qətər dövlətinin əsas niyyəti odur ki, bir daha belə hallar baş verməsin, İsrail bununla bağlı üzərinə öhdəliklər götürsün və görünür ki, bu və digər təhlükəsizlik parametriləri baxımından İsrail digər bir ərəb dövlətinə qarşı danoloji adım atsa, bu artıq onların da Qətər kimi davranacağına gətirib çıxara bilər və nəsih etibarilə Falastin muxtariyyətinin, Fələstin dövlətinin tanınması prosesi artıq ədədi deyil, həndəsi silsiləylə arta bilər".


Gülcan Salahova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər