00:00:00
Yazar
Admin User
22.09.2025 17:40 91 2 dəq oxuma
Siyasət

Qətər İsraildən üzr istəməyi tələb edib

Qətər İsraildən üzr istəməyi tələb edib

Qətər Qəzzə zolağında atəşkəsi dayandırmağı və HƏMAS-dan girovların azad edilməsini tələb edib. Həm də İsrailin üzr istəməli olduğunu deyib.

 

Məsələ ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a müsahibəsində bildirib ki, İsrail tərəfi Qətərin üzr istəmə tələblərini cavabsız qoyacaq:

 

“Düşünmürəm ki, İsrail tərəfi Qətərin üzr istəmə tələbini yerinə yetirəcəkdir. Eyni zamanda nəzərə alsaq ki, girovların azad edilməsi İsrail tərəfindən deyil, HƏMAS-dan tələb olunmalıdır. Təbii ki, bununda müqabilində atəşkəs elan olunmalıdır. Amma bugünə qədər HƏMAS və İsrail arasında yaşanan Qəzza faciəsini durdurmaqdan ötəri nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları, bütünlükdə Ərəb dünyası, Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı və dünyanın digər nüfuzlu dövlətləri və beynəlxalq regional təşkilatları, bu məsələ ilə yaxından məşğul olmaq istəyirlər, elə o cümlədən də Qətərin indiyə qədər bu istiqamətdə kifayət qədər vasitəli təşəbbüsü olub. Bu istiqamətdə ciddi nəticələr əldə edilməyibdir və ona görə də düşünmürəm ki, Qətər tərəfin belə bir ultimativ tələb əsasında İsrail tərəfi dərhal bu tələbləri yerinə yetirsin. Nəzərə alsa ki, bu tələblər, xüsusilə də İsrailin üzr istəməsi məsələsi, heç real görünmür. Bundan sonra nə kim adımlar atıla bilər? Mən düşünmürəm ki, Qətər İsrailə qarşı hər hansı bir hərbi müstəvidə addımlar atsın. Ola bilər diplomatik münasibətlərdə, o cümlədən iqtisadi əlaqələrdə soyuma baş versin. Amma bunun digər, birbaşa Qətər tərəfindən İsrailə qarşı hər hansı bir hərbi sonluğa, hərbi nəticələrə gətirib çıxaracaq, hər hansı bir addımın atılacağını zənn etmirəm. Çünki zətən Qətərlə İsrailin hərbi güc balansı eyni deyil. Ona görə də bu açıqlamanı daha çox Qətərin dövlət simasını, dövlət sifətinə regional və beynəlxalq münasibətlərdə yerini və rolunu qoruyub saxlamaq üçün verilən bir açıqlama kimi dəyərləndirirəm ”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər