Qətər əmiri Şarm əl-Şeyx sammitinə ümidlidir
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani Şarm əl-Şeyx Sülh Sammitinin Fələstin probleminin ədalətli və davamlı həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada sammitin müsbət nəticələrindən məmnunluğunu ifadə edib.
Əmirin sözlərinə görə, sammit Qəzzalıların gözləntilərini qarşılayacaq və gələcək razılaşmalar üçün mühüm addım olacaq. O, bütün tərəflərin əldə olunan ortaq razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
Xatırladaq ki, oktyabrın 9-da Misirdə davam edən danışıqlarda ABŞ Prezidenti Donald Tramp İsrailin HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb. Müqavilə oktyabrın 10-da İsrail hökumətinin təsdiqi ilə qüvvəyə minib.
Dünən Şarm əl-Şeyxdə keçirilən “Sülh Zirvəsi”ndə bir çox lider Qəzzada atəşkəs razılaşmasının yekunlaşdırılması üçün müzakirələr aparıb.
TRT XƏBƏR
Ləman Mahmudlu