00:00:00
Yazar
Admin User
01.11.2023 18:46 372 1 dəq oxuma
Dünya

Qətər Rusiya qazından imtina etməsindən qazanc əldə edib

Qətər Rusiya qazından imtina etməsindən qazanc əldə edib

“Qətər, həm də Səudiyyə Ərəbistanı Yom Kippur müharibəsi dövründən daha möhkəm şəkildə qlobal iqtisadiyyata töhfə verirlər. Qətər də digər ölkələr kimi, Avropanın Rusiya qazından imtina etməsindən qazanc əldə edib. O, bu bazarı qoruyub saxlamaqda maraqlıdır”.

 

Arb-nin verdiyi xəbərə əsasən, bu sözləri açıqlamasında xarici analitik Enn Strommen Lik söyləyib. Onun sözlərinə görə, Qətər qiymətləri yüksək saxlamaq üçün qeyri-müəyyənliyi davam etdirməkdə maraqlı ola bilər.

 

“Ancaq inanmıram ki, onlar tədarükü bilərəkdən dayandırsınlar. Kimsə bu riskləri artırmaq, qiymətləri yüksəltmək və ya sadəcə olaraq Avropa istehlakçılarına zərər vermək istəsə, boru kəmərləri təcavüzkarlar üçün hədəf ola bilər”.

 

Analitik Henri Venhanen isə deyir ki, rahat təchizat səviyyəsinə baxmayaraq, eskalasiya qorxusu daha ağırdır.

 

“Potensial olaraq, əgər hava mülayim olsa və yeni problemlər yaranmasa, qiymətlər azala bilər, lakin qiymətlər aşağı düşdüyü təqdirdə, Avropa Asiya ilə bu qaz üçün rəqabətə girəcək və LNG daşıyıcıları Çin və Hindistana üz tuta bilərlər”.

 

VÜSALƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər