Qətərdən Qəzza açıqlaması
Qəzza sülh danışıqları kritik bir nöqtədədir.
“İnformator.az” xəbər verir ki, bunu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani deyib.
“Vasitəçilər atəşkəsin növbəti mərhələsinin irəliləməsi üçün çalışırlar. Biz kritik nöqtədəyik. Bu, sadəcə bir fasilədir. Hələlik bunu atəşkəs hesab edə bilmərik”, - bildirib.
Qeyd edək ki, 13 oktyabrda ABŞ Prezidenti Donald Tramp Qəzza zolağındakı münaqişənin bitdiyini elan etsə də, bölgədəki qarşıdurma davam edir.