00:00:00
Yazar
Admin User
09.10.2025 10:08 100 1 dəq oxuma
Dünya

Quterreş alqışlayıb, Türkiyəyə də təşəkkür edib

Quterreş alqışlayıb, Türkiyəyə də təşəkkür edib

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi təklif əsasında Qəzzada atəşkəs və girovların azad edilməsi üçün əldə olunan razılaşmanı alqışlayıram.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.

 

“Mən bütün maraqlı tərəfləri işğala son qoymaq, fələstinlilərin öz taleyini təyinetmə hüququnu tanımaq, həmçinin İsraillə fələstinlilərə sülh və təhlükəsizlik şəraitində yaşamağa imkan verəcək ikidövlətli həllə nail olmaq üçün etibarlı siyasi yol yaratmaq fürsətindən istifadə etməyə çağırıram”, - deyə o bildirib.

 

Bundan əlavə, Quterreş razılaşma yolunda göstərdikləri diplomatik səylərə görə ABŞ, Qətər, Misir və Türkiyəyə təşəkkür edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər