00:00:00
Yazar
Admin User
16.09.2025 17:22 110 1 dəq oxuma
Siyasət

Quterreş Trampla görüşəcək

Quterreş Trampla görüşəcək

BMT Baş katibi Antoniu Quterreş ABŞ Prezidenti Donald Trampla görüşəcək. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlama verib.

 

Qeyd edək ki, dünya liderlərini bir araya gətirən “Yüksək Səviyyəli Həftə” sentyabrın 23-də start götürəcək. Ənənəyə uyğun olaraq açılış nitqi ilə Braziliya prezidenti çıxış edəcək, daha sonra isə ABŞ Prezidenti Donald Tramp tribuna arxasına keçəcək. Bu il 80-ci dəfə keçiriləcək tədbirdə BMT-yə üzv 193 ölkənin dövlət və hökumət başçıları, eləcə də bir sıra ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Toplantının sentyabrın 30-dək davam edəcəyi gözlənilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Elçin Xalidbəyli qeyd edib ki, Tramp–Quterreş görüşü qlobal hadisələr kontekstində simvolik xarakter daşıyır:

 

“Bu görüşün dünya hadisələrinə çox ciddi təsiri olmayacaq. BMT artıq öz real təsirlərini itirmiş bir qurumdur. Beynəlxalq problemlərin həllində ciddi nəticələri yoxdur. BMT-nin qəbul etdiyi bir çox qərar və qətnamələr həyata keçirilməmiş qalıb, Yaxın Şərqdə baş verən hadisələr buna misaldır. ABŞ da BMT-ni artıq ciddi qurum kimi qəbul etmir. BMT çərçivəsində keçirilən tədbirlərin dünya üçün təsirindən danışmaq sadəlövhlük olar. Bu gün qurumun fəaliyyətindəki problemlərin əsas hissəsi Təhlükəsizlik Şurasının 5 daimi üzvü ilə bağlıdır. İnkişaf edən dövlətlər dəfələrlə “dünyanın 5-likdən böyük” olduğunu bəyan ediblər”.

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər