00:00:00
Yazar
Admin User
17.09.2025 15:59 97 1 dəq oxuma
Siyasət

“Quterreşin açıqlamaları artıq beynəlxalq siyasətdə təsir gücünü itirib”

“Quterreşin açıqlamaları artıq beynəlxalq siyasətdə təsir gücünü itirib”

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu tənqid edib və Qətərin suverenliyinin pozulmasını qınayıb. Bu açıqlama beynəlxalq hüquqa hörmətin vacibliyini və dövlətlərin suverenliyinə riayət edilməsinin önəmini vurğulayır.

 

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Quterreşin açıqlamaları artıq beynəlxalq siyasətdə təsir gücünü itirib:

 

“Quterreşin mövqeyi heç nəyə təsir etmir. O, İsrailin hücumunu tənqid etsə də, Qətərin terror qruplarını dəstəkləməsini və ‘əl-Cəzirə’ kanalı vasitəsilə dini dözümsüzlük təbliğatını heç vaxt pisləməyib. Halbuki Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bir neçə il öncə Dohanı terrorizmi dəstəkləməkdə ittiham edib. Və bu günə qədər həmin ittihamlar təkzib olunmayıb. Buna görə də İsrailin Qətərə hücumunun hansı beynəlxalq prinsipləri pozduğunu demək çətindir. Eyni zamanda, Quterreşin mövqeyi BMT-nin nüfuzunu zəiflədə və beynəlxalq ictimaiyyətin bu tip konfliktlərdə tərəfsiz vasitəçi rolunu əngəlləyə bilər. Qətərin regional siyasətindəki fəaliyyəti, bəzi Ərəb dövlətləri ilə qarşılıqlı ittihamlar və davam edən geosiyasi gərginliklər vəziyyəti daha mürəkkəb edir. Bu səbəbdən İsrailin hərbi əməliyyatının hüquqi və diplomatik qiymətləndirilməsi beynəlxalq arenada tərəfsiz qərar qəbul edilməsini çətinləşdirir”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər