Qəzaya uğrayan təyyarənin qara qutusu Türkiyəyə aparılıb
Gürcüstan ərazisində qəzaya uğrayan C-130 hərbi təyyarəsinin qara qutusu Türkiyəyə gətirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 əsgərin hamısı həlak olub.
