Qəzza: İsrail hava zərbələri 33 nəfəri öldürüb
İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 33 nəfər həlak olub, onlarla insan yaralanıb. Bu, ABŞ-nin dəstəklədiyi atəşkəsin ötən ay qüvvəyə minməsindən sonra ən ciddi gərginliklərdən biridir.
Xan Yunisdəki Nasser xəstəxanası 17 nəfərin,o cümlədən beş qadın və beş uşağın meyitlərini qəbul etdiyini bildirib. Hava zərbələri məcburi köçkünlərin sığınacaq qurduğu çadırları hədəf alıb. Qəzza şəhərində isə iki ayrı zərbədə 16 nəfər, o cümlədən yeddi uşaq və üç qadın həyatını itirib.
İsrail ordusu hücumları çərşənbə günü Xan Yunisdə əsgərlərinin atəşə tutulduğunu iddia edərək əsaslandırıb. Hamas bunu “dəhşətli qırğın” adlandırıb və atəş açdıqlarını inkar edib. Qəzzada insanlar müharibənin dayanmadığını deyir; atəşkəsdən bəri 300-dən çox insanın öldürüldüyü bildirilir.
Qətər hava hücumlarını pisləyərək bunun atəşkəsi təhlükəyə atan “təhlükəli eskalasiya” olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası isə bu həftə Donald Trampın Qəzza planını,beynəlxalq sabitləşdirmə qüvvəsi və mümkün şəkildə Fələstin dövlətinə yol açan çərçivəni dəstəkləyib.
Lakin hələ də çox böyük suallar qalır: Hamas silahlarını necə təhvil verəcək, yeni sülhməramlı qüvvəyə kim qoşulacaq və humanitar yardım İsrail məhdudiyyətləri qaldırılmadan necə “tam şəkildə” Qəzzaya çatacaq?
The Guardian
Eslanda Kulieva