Qəzza zolağında poliomielit epidemiyası
Qəzza zolağının Səhiyyə Nazirliyi, İsrailin hücumları səbəbiylə bölgədə səhiyyə sisteminin çökməsi və gigiyena şəraitinin pisləşməsi səbəbindən Qəzzada uşaq iflici epidemiyasının olduğunu açıqlayıb.
İsrailin Qəzza zolağına hücumları 297 gündür davam edərkən, humanitar böhran günü-gündən dərinləşir.
Qəzza zolağındakı Səhiyyə Nazirliyi, səhiyyə sisteminin çökdüyü Qəzzada poliomielit epidemiyasının olduğunu açıqladı. Nazirlik epidemiyaya İsrailin davam edən hücumunun səbəb olduğunu açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) keçən həftə verdiyi açıqlamada, Qəzzada sağlamlıq və gigiyena şəraitinin çox pis olması səbəbindən poliomielit virusunun Qəzza zolağına və onun hüdudlarından kənara yayılma riskinin yüksək olduğu bildirilib.
Mənbə: TRT Haber
Zəhra Həsənova
