00:00:00
Yazar
Admin User
13.10.2025 19:58 108 1 dəq oxuma
Dünya

Qəzza zolağının bərpası artıq başlayıb

Qəzza zolağının bərpası artıq başlayıb

Qəzza zolağının bərpası prosesi artıq başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Misirdə Qəzza üzrə sülh sazişinin imzalanmasından sonra çıxışında deyib.

 

“Bərpa, ehtimal ki, ən asan mərhələ olacaq. Ən çətin hissəni artıq arxada qoyduğumuza inanıram, çünki bundan sonrakı proses tədricən öz axarına düşəcək. Böyük sərvətə, gücə və ləyaqətə malik bir çox ölkə Qəzzanın bərpasına yardım etmək və bunun üçün bütün zəruri vəsaiti ayırmaq istəyi ilə bu gün və son günlər mənə müraciət edib”, - deyə Tramp qeyd edib.

 

O əlavə edib ki, döyüş əməliyyatları başa çatdıqdan sonra Qəzzaya humanitar yardımın axını artıq başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər