Qəzzada 7 kilometrik tunel aşkarlanıb
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda radikalların istifadə etdiyi 7 kilometr uzunluğunda tunel aşkar ediblər.
"İnformator.az"xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin məlumatında deyilir.
"Bu, Qəzza zolağında aşkar edilən ən uzun və ən mürəkkəb tunellərdən biridir. Uzunluğu 7 kilometrdən çoxdur və 25 metrə qədər dərinlikdədir. Tuneldə HƏMAS terrorçu rejiminin ali komandanlığı silah saxlamaq, uzunmüddətli qalmaq və İsrail qoşunlarına qarşı terror hücumları planlaşdırmaq üçün istifadə edilən komanda məntəqələri də daxil olmaqla təxminən 80 bunker var idi", - deyə açıqlamada bildirilir.