Qəzzada atəşkəs üçün ABŞ ilə razılaşma əldə olunub
HƏMAS ABŞ-nin xüsusi nümayəndəsi Witkoff ilə danışıqlar nəticəsində hərtərəfli razılığın əldə olunduğunu açıqlayıb.
HƏMAS rəsmiləri bildiriblər ki, razılaşma Qəzzada daimi atəşkəs, İsrailin tamamilə geri çəkilməsi, Qəzzanı idarə etmək üçün peşəkar komitənin yaradılması və fasiləsiz humanitar yardım axınını ehtiva edir. Razılaşmaya həmçinin 10 israilli məhbusun azad edilməsi, bir sıra fələstinli məhbusların azad edilməsi və bəzi cəsədlərin dəyişdirilməsi daxildir.
İsrail hələki razılaşmanın detalları ilə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, bölgədəki diplomatik mənbələr son günlər ABŞ-nin şiddətli təzyiqi ilə tərəflər arasında gərgin danışıqların aparıldığını bildirir.
Mənbə:CNN Türk
Əminə Əliyeva