Qəzzada atəşkəsin birinci mərhələsi çərçivəsində məhbus mübadiləsi həyata keçirilib
Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail 83 fələstinli məhbusu azad edib. Fələstinin rəsmi agentliyi WAFAnın məlumatına görə, azad edilənlər arasında ömürlük həbs cəzası çəkənlər də var. Daha sonra bu rəqəm 88-ə yüksəlib.
Eyni zamanda HƏMAS razılaşma çərçivəsində 20 israilli məhbusu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verərək bütün yaşayan israilli məhbusları azad edib.
Fələstin Məhbusları Media Ofisi bildirir ki, atəşkəs planına əsasən, ümumilikdə 250 fələstinli məhbusun azad edilməsi nəzərdə tutulur.
Atəşkəs razılaşması 9 oktyabrda Misirdə imzalanıb və 10 oktyabr səhər saatlarında qüvvəyə minib. İsrail ordusunun “sarı xətt”dən çəkilməsindən sonra həmin gün saat 12:00-da atəşkəs rəsmən qüvvəyə minib.
Qeyd edək ki, İsrailin 8 oktyabr 2023-cü ildən bəri Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində 67 mindən çox insan həlak olub, 170 mindən artıq şəxs isə yaralanıb.
TRT Haber
Aişə Mustafayeva