Qəzzada can itkisi 48 min 446-a yüksəldi
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrail ilə HƏMAS arasında 19 yanvarda əldə edilən atəşkəsdən sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.
Son 24 saatda dağıntılar altından 6 nəfərin cəsədi çıxarılıb, 7 nəfər yaralanıb. İsrailin 7 oktyabr 2023-dən 19 yanvara qədər Qəzzaya hücumlarında 48 min 446 fələstinli ölüb, 111 min 852 nəfər yaralanıb. İsrail atəşkəsə baxmayaraq hücumlarını davam etdirir. Atəşkəsdən bu yana 116 fələstinli ölüb, 490 nəfər yaralanıb.
Mənbə: Haber Global
Bənövşə Zahidli