"Qəzzada müharibəni bitirəcəyik"
ABŞ Prezidenti Donald Tramp BMT mənzil-qərargahında müsəlman ölkələrinin liderlərinin iştirakı ilə baş tutan zirvə toplantısında çıxış edərkən Qəzzadakı vəziyyətlə bağlı mühüm açıqlama verib.
Mövzu ilə əlaqədar Politoloq Azad Məsiyev “İnformator.az” a olan açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr İsrail, Qəzza məsələsi deyil:
“Bunun çox geniş bir tarixi kökləri var. İsrail dövləti yaranandan bu günə qədər Yaxın Şərqdə gərginlik ocağı yaranıb. İsrail Yaxın Şərqdə Fələstin ərazisi hesabına öz ərazisini genişləndirməkdədir. İsrailin bir strategiyası var. Ümumdünya yəhudi lobbisi Yaxın Şərqdə böyük yəhudi dövlətinin yaradılması proqramını işə salıb. Xatırlatmaq yerinə düşər ki, İsrailin baş naziri əlinə bir tarixi sənədi alaraq, deməli, müqəddəs torpaqlara vəd olunan torpaqları bərqərar edəcəklərini bəyan edirlər. Bu o deməkdir ki, Yaxın Şərqdə İsrail böyük yəhudi dövləti yaradacaq. Ümumilikdə deməli Suriya, Liviya və digər dövlətlərin ərazisinə iddialarını göstərir və İsrailin apardığı siyasət də buna bariz nümunədir. Son hadisələr isə daha aqressivdir. İsrail Qəzzada HƏMAS hərəkatını bəhanə edilərək orada terrora qarşı mübarizə adı altında Qəzzada bütün Qəzza sakinlərini deportasiya etməkdədir. Orada apardığı soyqırımı bariz nümunədir. Artıq Qəzzada öldürülənlərin sayı, dinc əhalinin, uşaqların, qadınların, qocaların sayı 100 minə yaxın çatıb. Buna isə beynəlxalq ictimaiyyət göz yumur və İsrailin apardığı bu siyasət Amerika Birləşmiş Ştatlarının himayəsi altında aparır. Birləşmiş Ştatlar İsrailə həm siyasi, həm hərbi dəstəyini verməsə, İsrail qədər aqressiv siyasət apara bilməz. Fikir verirsinizsə, İsraillə bağlı tapılan atılan bütün addımlara Birləşmiş Ştatlar prezidenti ümumilikdə Amerika Birləşmiş Millətlər Təşkilatının Daimi Təhlükəsizlik Şurasının daimi iclaslarında veto hüququndan istifadə edərək İsrailə qarşı aparılacaq hər hansı bir tədbirlərin qarşısını alır. Ümumilikdə Yaxın Şərqdə, Birləşmiş Ştatlar İsrailin əlinə vəziyyəti gərginləşdirir və İsrailin himayə etməkdədir. Unutmayaq ki, prezident ABŞ nin indiki prezidenti Trampın hakimiyyətə gəlməsində ümumdünya yəhudi lobbisinin müstəsna xidmətləri olub. Ümumdünya yəhudi lobbisi həm siyasi baxımdan, həm də maliyyə baxımından Trampa açıq dəstəyi göz qabağındadır və Trampın hətta birinci hakimiyyəti dövründə Qüdsü İsrailin paytaxtı elan etmişdi. Qüdsü İsrailin paytaxtı edib. Bu baxımdan, deməli, Birləşmiş Ştatlar İsraili bütün vasitələrlə dəstəkləyərək, Yaxın Şərqdə vəziyyəti gərginləşdirib”.
Əlavə olaraq politoloq bildirib ki, indi isə Tramp vəziyyətdən çıxış yolu olaraq, deməli, vasitəçilik missiyasını ortaya atır:
“Hesab edirəm, bu da tam uğursuz bir siyasətdir. Ona görə ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə İsrail Fələstin qarşıdurmasında tərəf tutur. Yəni açıq şəkildə İsrailin mövqeyini dəstəkləyib. Belə olan təqdirdə münaqişədə tərəf olan adam heç vaxt vasitəçilik həyata keçirə bilməz. Çünki bu problemin yaranmasında Birləşmiş Ştatların müstəsna xidməti var. Belə olan təqdirdə Birləşmiş Ştatların ikili siyasəti ikrah yaradır. Bir də ki, Tramp indiyə qədər hansı vasitəçilik edib ki, problemləri həll edib. Rusiya Ukrayna münaqişəsində vasitəçilik edib, heç bir problem həll olunmadı, əksinə, münaqişə yenə davam etməkdədir. Yaxın Şərqdə də onun kimi hesab edirəm ki, Trampın qeyri ciddi bəyanatlar artıq dünya siyasi xadimləri, ictimai xadimlər gözəl anlayır. Trampın hər dəfə məsuliyyətsiz bəyanatları, şou xarakterli bəyanatları beynəlxalq ictimaiyyətin artıq ikrah hissi yaratmaqdadır. Yəni Birləşmiş Ştatlar ümumilikdə münaqişə yaradır, sonra o münaqişənin fonunda Amerikanın maraqlarını həyata keçirməkdədir. Ona görə də Trampın aparacağı hansısa bir vasitəçiliyindən Yaxın Şərqdə sülhün əmin amanlığın yaranacağına ümidlər azdır. Ümumdünya yəhudi lobbisi Yaxın Şərqdə böyük İsrail dövləti yaratmaq. Əgər Birləşmiş Ştatlar prezidenti İsrailin apardığı bu siyasəti qarşısını almaq istəyirsə, mütləq şəkildə, necə ki, Rusiya, Ukrayna münaqişəsində Ukraynaya tətbiq edilən ağır sanksiyalar İsrailə də tətbiq edilməlidir. Birləşmiş Ştatlar və Qərb İsrailə həm siyasi, həm də hərbi yardımını aradan qaldırmalı, ümumilikdə Qərbin apardığı bu cür ikili siyasəti ikrah doğurur. Ona görə ki, üzdə belə sülhdən əmin amanlıqdan danışırlar, əməldə isə İsraili bütün vasitələrlə dəstəkləyirlər. Fikir verirsinizsə, İsrail hava məkanının təhlükəsizliyini, başda Birləşmiş Ştatları olmaqla NATO blokuna daxil olan Qərb dövlətləri açıq müdafiə edir. Bilirsiz, məsələ burasındadır ki, İSR Yaxın Şərqdə İsrailin ipini yığmaq üçün mütləq şəkildə onu dünya siyasətindən təcrid edilməlidir. Yəni sanksiyalara məruz qoyulmalıdır ki, İsrail dövləti belə aqressiv siyasətindən əl çəksin. Təəssüflər olsun ki, İsrailə qarşı aparılan hər hansı bir təzyiq ümumdünya yəhudi lobbisi tərəfindən və mason təşkilatı ilə təzyiqlər vasitəsilə həmin dövlətlərə qarşı kampaniyaları başlayır. Və bu yaxınlarda da İsrailin baş naziri Fələstin dövlətini tanıyan dövlətlərə də bir xaos yaratmaq istəyəcəklər. Təbii ki, yəhudi lobbisinin əlində olan rıçaqlar, eyni zamanda mason təşkilatının əli ilə o dövlətlərdə bir xalq yaratmaq istəyəcəklər. Təbii ki, bu siyasət İsrailin aqressiv siyasəti bölgədə gərginliyi yaradır və yaxın vaxtlarda gərginliyin sovuşacağına isə ümidlər azdır”.

Səadət Əlizadə
