Qəzzada ölənlərin sayı 67 938 nəfərə çatıb
Qatil İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 25 nəfər artaraq 67 min 938 nəfərə çatıb.
Qəzzanın Səhiyyə Nazirliyi, yazılı açıqlamada, İsrailin soyqırım hücumları nəticəsində ölən və yaralananlar və dağıntılar altından çıxarılmış cəsədlərlə bağlı son məlumatları paylaşıb.
Bildirilib ki, son 24 saatda 16-sı dağıntılar altından çıxarılan 25 ölü və 35 yaralı Qəzza zolağındakı xəstəxanalara çatdırılıb.
TRT XƏBƏR
Arzu Poladova