00:00:00
Yazar
Admin User
21.06.2024 15:57 392 1 dəq oxuma
Dünya

Qəzzada saxlanılan ən azı 50 girov sağ ola bilər

Qəzzada saxlanılan ən azı 50 girov sağ ola bilər

Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən hələ də Qəzza zolağında saxlanılan 116 girovdan ən azı 50-si sağ ola bilər. Bu barədə "İnformator.az" The Wall Street Journalına istinadən (WSJ) xəbər verir.

 

Qəzet mənbələrə istinadən xəbər verir ki, anklavda qalan 66 nəfərin öldüyü bildirilir.

 

“The Wall Street Journal” daha çox girovun ağır saxlanma şəraiti, aldığı xəsarətlər və lazımi tibbi yardım ala bilməməsi səbəbindən ölə biləcəyini istisna etmir.

 

Fevral ayında WSJ ABŞ və Misir rəsmilərinə istinadən HƏMAS tərəfindən əsir götürülən azı 50 nəfərin öldüyünü bildirib.

 

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu, sərhəd yaşayış məntəqələrinin sakinlərini öldürməsi və 240-dan çox insanı girov götürməsindən sonra Yaxın Şərqdə gərginlik alovlanıb. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi-siyasi strukturunu kökündən silmək və bütün girovları azad etmək üçün Qəzzada hərbi əməliyyata başlayıb. 2023-cü ilin noyabr ayının sonlarında Misir və Qətərin vasitəçiliyi ilə müvəqqəti humanitar barışıq əldə olundu və bir həftə davam etdi. İsrailin məlumatına görə, o zaman 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozuldu və döyüş əməliyyatları yenidən başladı və indi də davam edir.

 

8 iyun 2024-cü ildə İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağında keçirilən xüsusi əməliyyat zamanı 4 girovun uğurla azad edildiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər